Nikita Mixalkov Bakıda ustad dərsi keçib
3 Dekabr 2015 16:48 MədəniyyətRusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov Dövlət Film Fondunda olub. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kinorejissorla Azərbaycanın gənc aktyorlarının və kinorejissorlarının görüşü təşkil olunub. N. Mixalkov ustad dərsləri keçib, filmin çəkiliş qayda və təcrübəsindən danışıb, aktyorları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, dekabrın 4-də Heydər Əliyev Sarayında N. Mixalkovun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31