Zamiq konsert verəcək

Təşkilatçı və teleaparıcı Aynur Hacıyeva yeni layihəyə start verir. "Olaylar"az xəbər verir ki, layihə yerli şou nümayəndələrinin konsertlərini təşkilindən ibarət olacaq. Bu silsilədən ilk konserti Zamiq verəcək: "Hər ay bir neçə məşhur sənətçinin konsertini təşkil edəcəm. Çıxışlar müxtəlif məkanlarda nəzərdə tutulub. Zamiqin çıxışı əyləncə məkanlarının birində nəzərdə tutulub. Bu ənənə xaricdə mövcuddur, bizdə niyə olmasın? Bu, konsert vermək istəyən şou nümayəndələri üçün stumul olacaq. İnsanlara canlı musiqi, əsl sənət nümayiş etdiriləcək. "Show woman" oldğum üçün bu layihəni səviyyəli şəkildə ərsəyə gətirəcəyimə əminəm" - deyən layihə təşkilatçısı Aynur Hacıyeva vurğuladı ki, Zamiqin konserti dekabrın 11-nə nəzərdə tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31