Rafiq Hüseynov: ”Xəstəliyimin müalicəsi yoxdur”
3 Dekabr 2015 12:47 Mədəniyyət"Siz ola bilsin ki, xəstəliyimin tibbi cəhətsən xarakteristikasını yaxşı bilmirsiniz. Amma deyim, ki, xəstəliyimin müalicəsi yoxdur". Bunu Modern.az saytına açıqlamasında ağciyər xərçəngindən əziyyət çəkən və bu məqsədlə də mütəmadi olaraq Türkiyədə müayinə olunan xalq artisti, diktor Rafiq Hüseynov bildirib. Onun sözlərinə görə, sağlıq durumunu stabil saxlamaqdan ötrü yalnız müayinə olunur: "Bu xəstəlik elədir ki, onun müalicəsi olmur. Amma müayinə oluna bilirsən. Mən də vaxtlı-vaxtında Türkiyəyə gedib müayinə olunuram. Müayinə müddəti hər üç aydan birdir. Bir ay bundan əvvəl Türkiyədən qayıtmışam. İki aydan sonra yenə gedəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31