Damla Şəfanın məşhur "Sevgi qatarı"nı oxudu VIDEO

Müğənni Damla repertuarına həyatını avtomobil qəzasında itirən Şəfanın repertuarından "Sevgi qatarı" mahnısını daxil edib. "Olaylar"az  xəbər verir ki, uzun illər sevilən və dinlənilən mahnıya Damla yeni nəfəs verib. Söz və musiqisi Şəfa Hüseynovaya, aranjimanı İlkin Həsəniyə məxsus mahnı ötən gün izləmə rekordu vurub. "Şəfa sağlığında "Sevgi qatarı"nı həyat yoldaşına ithaf etmişdi. Onu dəlicəsinə sevirdi. Sevgidən və ona edilən xəyanətdən yaranan bir mahnıdır. Şəfa həyatdan nakam getdi. Onunla məni oxşar məqamlar birləşdirir. O da Qərbi Azərbaycandandır, mən də. Hər ikimiz Sumqayıt şəhərinin sakini olmuşuq. Onun "Sevgi Qatar"ı zamanında çox sevilib, mahnının unudulmasını istəmədiyim üçün onu lentə yazdırdım. Ümumiyyətlə, mahnını oxumağımı istəyənlər çox olurdu" - deyə Damla bildirib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31