Aygün Kazımova: “Telefonuma gələn ismarışların 90 faizi…”
1 Dekabr 2015 14:04 MədəniyyətXalq artisti Aygün Kazımova yeni layihələr üzərində çalışır. Publika.az-a açıqlama verən müğənni uzun müddətdir kənara çəkilməsini başının işə qarışması ilə əlaqələndirib: "Uzun müddətdir ki, susurdum. Başım işlərimə qarışıb. Yeni layihələr üzərində çalışıram. Bu susqunluqdan fanatlarım narahat idi. Telefondakı ismarışlarımın 90 faizi "Aygün xanım, hardasınız?", "Aygün xanım, darıxmışıq", "Yeni mahnı, yeni klip istəyirik" kimi mesajlarla doludur. Yeni mahnı üzərində çalışdığımı göstərmək üçün məcbur olub sosial şəbəkədə studiyadakı hazırlıq prosesindən video paylaşdım. Pərəstişkarlarıma çox sürprizim var. Bombaların partlamasına hazır olsunlar". Kazımova, eyni zamanda, həm Türkiyə, həm Azərbaycanda mahnı yazdırdığını bildirib: "Bir neçə mahnı üzərində çalışıram. Onlardan biri Türkiyədə hazırlanır. Sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus mahnı "Sonunda ağlım başıma gəldi" adlanır. Digər mahnı isə "Gecəyarı" adlanır. Mahnının müəllifi Tərlan Məmmədhüseynovdur. Hər iki mahnının studiya işləri davam edir".
Qeyd edək ki, müğənni yeni mahnılarından birinə klip də çəkdirəcək.