Sinan Özeni bu müğənnilərlə nə bağlayır?

Türkiyənin tanınmış müğənnisi Sinan Özən əməkdar artist Ədalət Şükürov və "Qala" qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyevin yeni bəstəsini oxuyacaq. Bu barədə "Olaylar"a C.Əliyev məlumat verib. O, bildirib ki, tərəflərin görüşü nəzərdə tutulub.
"Sinan bəy həm Ədalət bəyin repertuarından bir mahnı səsləndirəcək, eyni zamanda onun üçün bəstələnəcək mahnını ifa edəcək. Daha bir bəstəni isə məndən istəyiblər. Mahnı yazılır. Bu gün bir çox mahnıların ömrü qısa olur. Yaxşı mahnı yazılmalıdır ki, sevilən olsun. Bizim hədəfimiz budur ki, dinləyiciyə ancaq yaxşı mahnı təqdim edək". Ceyhun Əliyev Sinan Özenlə əməkdaşlıq zamanı türkiyəli sənətçinin Bakıya səfərinin olacağını istisna etmədi.
Xatırladaq ki, Ceyhun Əliyevin bəstələrini müğənnilərdən Röya, Günay İbrahimli, Sevda Yahyayeva, Ədalət Şükürov, Ayaz Qasımov və başqaları ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31