Nazpəri: “Sənə açdım əllərimi…”

Xalq artisti Nazpəri Dostəliyeva yaxın zamanlarda yeni layihəsi  ilə sevənlərinin görüşünə gələcək. Başı yaradıcılıq işlərinə qarışan müğənni Publika.az-a açıqlama verib: "Böyük bir layihə üzərində çalışırıq. Layihə çərçivəsində bir neçə yeni mahnıya klip çəkiləcək, artıq ilk klipin çəkilişlərinə başlanılıb. Sözləri Şahanə Ayazqızına, musiqisi Ruslan Səfəroğluna məxsus olan "Sənə açdım əllərimi" adlı mahnının ekran versiyası tamamlanmaq üzrədir. Bir neçə günə hazır olacaq. Ardınca növbəti kliplərin çəkilişinə start veriləcək. Vaxtı çatdıqca, onların da adlarını söyləyəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31