Aysel: "Sevgi məsələlərinə zaman ayırmıram"
26 Noyabr 2015 20:00 MədəniyyətTanınmış ifaçı Aysel Əlizadə hal-hazırda şəxsi həyatında baş verənlərə aydınlıq gətirib. Big.az-a xəbər verir ki, o, indi özünü yalnız yaradıcılığa köklədiyini deyib. "Məndən sevgilim olub-olmadığını tez-tez soruşurlar. Amma sizin vasitənizlə bir daha deyirəm ki, mənim həyatımda heç kəs yoxdur. Hal-hazırda yalnız və yalnız yaradıcılıq barəsində düşünürəm. Sevgi məsələlərinə zaman ayırmıram, sevgilim yoxdur".
Qeyd edək ki, Aysel Əlizadənin bir müddət əvvəl nişanlanması və toya hazırlaşması barədə xəbərlər yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31