Nazpəri prodüserini dəyişdi

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva uzun illərdir birgə çalışdığı prodüseri Mikayıl Hüseynovla iş birliyinə son qoyub. Publika.az-a açıqlama verən Mikayıl Hüseynov bu ayrılığa başqa don geyindirməməyi xahiş edib. O, artıq başqası ilə ilə çalışacağını bildirib: "Mənim kimi düzgün, sadiq insana hər yerdə iş var. Bu iş birliyinin başa çatmasından heç nə itirmirəm. Başqa müğənnidən təklif gəlsə, onu dəyərləndirəcəm". Prodüser ayrılığın səbəbini arada söz aparıb-gətirənlərlə bağlayıb: "Ortada söz aparıb-gətirənlər var. Mən həmin insanları siçanın ən iyrənc cinsinə bənzədirəm. Nazpəri xanım tez inanandır. Bu səbəbdən, aramıza üçüncü şəxsin müdaxilə etməsi münasibətlərimizin pozulmasına gətirib çıxartdı. Belə şey görəndə, istəyir lap gözümün işığı olsun, həmin insandan uzaqlaşıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31