“Qala” Ceyhun dünya çempionundan qorxmadı
25 Noyabr 2015 11:49 Mədəniyyət"Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev dünya və Avropa çempionu olan Anar Süleymanovla rinqə çıxıb.
"Olaylar"az xəbər verir ki, boks əlcəyini geyinib meydana atılan müğənni dünya çempionuna məğlub olmamağa çalışıb. Hər bir insan üçün idmanı vacib hesab edən Ceyhun Əliyev bunun səbəblərindən danışdı:
"Mənə görə, "idmanı vaxtım olanda edirəm" fikri yanlışdır. İdmanı peşəkar treyninqlərin nəzarəti ilə etmək vacibdir. İdmana sırf arıqlamaq nöqteyi nəzərdən baxmıram. Pəhrizimi saxlayıram. İdmanı həm fiziki güc toplamaq, həm də sağlamlıq və formada qalmaq üçün vacib hesab edirəm. Mənə görə, kişi özünü lazım gəldiyi məqamlarda müdafiə etməyi bacarmalıdır. Bu nöqteyi nəzərdən həftədə bir neçə dəfə idman zalına gəlib, dostum Anar Süleymanovla məşq edirəm".