“Sizdən adam olmayıb, olmayacaq da…”

Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S.Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər. Yubiley mərasimində S.Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq. Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31