Aqil M. Quliyev: “Aktyorlar məni qane etmir”

Rejissor Aqil M. Quliyev gənc aktyorlardan narazıdır. Publika.az-a açıqlama verən rejissor, daha çox peşəkar, orta  və yaşlı nəsil aktyorlarla işləməyə üstünlük verdiyini söyləyib: "İstedadlı, gənc aktyorlar var, ancaq yalnız istedadının olması kifayət etmir. Bu, təkcə aktyorluq sənətinə deyil, bütün sahələrə aiddir. Hamı istedadlı doğulur. Sadəcə, insan hansı sahədə istedadlı olduğunu düzgün müəyyənləşdirməlidir. İstedad bu zaman üzə çıxır. Aktyor bədənindən ondan tələb olunduğu kimi istifadə etməlidir. Klassik Stanislavski məktəbi keçməyən aktyorlar məni qane etmir. Gənc aktyorlarla işləyəndə, istədiyimi almaq üçün biliklərimin yarısını vermək məcburiyyətində qalıram".

Qeyd edək ki, bu yaxınlarda rejissor "Şaman" adlı mistik film çəkib. Baş rolunu xalq artisti Amaliya Pənahova canlandırdığı filmin təqdimatı gələn il olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31