Əməkdar artist: “Sevdiyim var...”
17 Noyabr 2015 13:07 MədəniyyətŞairə Nazilə Səfərli aktrisa Xuraman Əlizadənin nişanlanması haqda xəbər yayıb. Əməkdar artist Publika.az-a açıqlamasında xəbəri təkzib etsə də, həyatında sevdiyi şəxsin olduğunu təsdiq edib: "Hazırda xəstəxanadayam. Dünən ödümdən əməliyyat olunmuşam. Allahıma şükürlər olsun, hər şey qaydasındadır. Xəbərə gəlincə isə yox, nişanlanmamışam. Yalan xəbərdir, amma həyatımda sevdiyim insan var. Biz bir ildir ki, bir yerdəyik, ancaq hələ ki, ailə qurmamışıq". Aktrisa xəstəxanaya getdiyi gündən gələcək qayınanası və baldınızının qayğısını üzərində hiss etdiyini bildirib: "Sevdiyim şəxs əməliyyat olunduğum gündən yanımdadır. Təkcə o deyil, onun anası, bacısı da məni tək buraxmırlar. Buna görə onlara minnətdaram". Toya gəlincə isə əməkdar artist bunu zamana buraxdığını vurğulayıb: "Vallah, toy bir aya da ola bilər, bir ilə də... Nə anası, nə bacısı bu işə qarışmır. Deyirlər, lazım bildiyiniz vaxt toy edərsiniz. Biz də hələ tələsmirik". O, sevdiyi şəxsin şou biznes ailəmi ilə əlaqəsi olmadığını da qeyd edib: "İncəsənət aləmi ilə əlaqəsi olmayan insandır. Düzünü desəm, hazırda işsizdir".
Qeyd edək ki, aktrisa sevib seçdiyi şəxsin 30 yaşı olduğunu bildirib.

