Hələ nəvəmin də toyunu edəcəyəm" - İlhamə Quliyeva

Xalq artisti İlhamə Quliyeva "Ondan sonra" verilişinə açıqlama verib. Axşam.az-ın məlumatına görə, müğənni anası Tükəzban İsmayılovanı tez-tez yuxuda gördüyünü bildirib: "Bütün üzüm, ayaqlarım şişdir. Daxili orqanlarımda problemlər var. Köməkçim mənə çoxlu dərmanlar verib. Onun nəticəsində bu gün xəstəxanadayam. Anam üçün çox darıxıram. Ana kəlməsi eşidəndə ağlayıram. Yuxuma tez-tez gəlir. Deyir, "İlhaməni həkimə apar, nəzarətsiz qoyma". Nə məsləhət lazımdır verir. Həyatımda qəribə şeylər olur. Yuxuda anam mənə zəng edir, danışır. Kaş ki sağ olaydı".

İ.Quliyeva mahnılarını sağ olduğu müddətdə heç kimə oxumağa icazə verməyəcəyini söyləyib:

"Mən olmayanda mahnılarımı kim istəsə oxuya bilər. Mən hələ ölməyəcəm. Nəvəmin toyunu edəcəm. O vaxta kimi yaşayacağam".

Qeyd edək ki, İ.Quliyevanın Ruslan adlı bir nəvəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31