Xalq artisti: "Türkiyənin məşhur telekanallarından dəvət gəlib"
Ölkəmdə birinci olduğum halda, orada axırıncı olmaq niyyətində deyiləm
16 Noyabr 2015 13:34 MədəniyyətXalq artisti Gülyanaq Məmmədova yerli şou-biznes ilə türk şou- biznesini fərqləndirib. Xalq artisti bu haqda Milli.Az-a açıqlama verib: "Türkiyə şou-biznesinə müvəqqəti qatılmaq olar. Gedib orada çıxış edib, gəlmək olar. Türkiyənin bəzi məşhur kanallarından dəvət gəlib və qəbul edib, qonaq olmuşam. Amma birdəfəlik orada yaşaya bilmərəm. Çünki mən Azərbaycana, vətənimə bağlıyam. Hara gedirəmsə, Azərbaycanı, öz tamaşaçılarımı istəyirəm. Burada sevilib, burada ucalmışam. Bundan sonra nə gərək var ki, gedib hər şeyə sıfırdan başlayım. Ölkəmdə birinci olduğum halda, orada axırıncı olmaq niyyətində deyiləm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31