"Kamran Həsənlinin dövrü bitib"

Tanınmış prodüsser Təranə Səmədova "Sizcə, hansı teleaparıcının dövrü arxada qalıb?" sualını cavablandırıb. Big.az xəbər verir ki, söhbət zamanı, prodüsser aparıcı Kamran Həsənlinin dövrünün çoxdan bitdiyini açıq-aşikar etiraf edib:

"Düşünürəm ki, Kamran Həsənlinin dövrü bitib. Şübhə yoxdur ki, Kamran şoumen adının Azərbaycana gətirən ilk aparıcı olub. Gözəl də aparıcıdır. Onun sənətini, istedadını bəyənirəm. Ancaq bu reallıqdır, bəlkə də acı həqiqətdir ki, bu gün ona heç yerdə, heç kimin təlabatı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31