Aygünlə Rozanın davasına Tolik də qoşuldu
16 Noyabr 2015 12:42 MədəniyyətXalq artisti Aygün Kazımova ilə müğənni Roza Zərgərli arasındakı qalmaqala prodüser Tolik (Tarix Əliyev) də münasibət bildirib. Lent.az-ın məlumatın görə, prodüser sosial şəbəkədə R.Zərgərlinin ünvanına bu sözləri yazıb: "Mənim Rozayla heç bir problemim yoxdur. Belə də problem olsa, guya nə olacaq ki? Bir fakt var, Azərbaycanımızın ən ucqar rayonuna belə getsək, "Aygün Kazımova" desək hamı tanıyacaq. Görəsən, "Roza Zərgərli" desək, kim tanıyar? Özünə "Qara dama" titulu vermək olar. Amma hər müğənni xalq artisti ola bilməz. Sözü olan mənə yığıb deyə bilər. Əgər buna cəsarəti çatarsa... Hamıya veriləcək cavabım var. Aygün Kazımova ayda kanala 20 min verib veriliş aparmayıb. Onun adı "brend" olub. Bir də kimin neçə kişisi olduğunu sən hardan bilirsən? Yanlarında olmusan? Özü deyib də, gizlətməyib ki. Bəziləri kimi əri olmadan, "ərim var" demir. Aygünü sevən belə də sevib".
Qeyd edək ki, R.Zərgərlinin A.Kazımova ilə qalmaqal yaşamasına səbəb bu açıqlaması olmuşdu: "Əgər mənim "Qəmli nağıl" adlı klipim erotikdirsə, o zaman bəzi müğənnilərimizin klipi pornoqrafiyadır. Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil? Sadəcə mənim adımı hər yerdə çox hallandırmağı xoşlayırlar".