“Qarınlı kişilər efirə çıxmasın” - Qalmaqalı

Müğənni Elçin Hüseynov həmkarı Zamiqin "Qarınlı kişilər efirə çıxmasın" fikrinə münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, ifaçı Zamiqin fikirləri ilə razılaşmadığını vurğulayıb: "Səhnədə həmişə qarınlı kişilər olub. Rəşid Behbudov, Samir Cəfərov, Pavarotti və başqalarını misal çəkə bilərəm. Onlar da kök olub, gərək səhnəyə çıxmayaydılar? Əsas istedad və səsdir, xarici görünüş ikinci plandadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31