Fatimə xəstəxanalıq oldu

Rəqqasə Fatimə Fətəliyeva xəstəxanalıq olub. Axşam.az-a açıqlama verən sənətçi mədəsində problem yarandığını bildirib: "Mədəmdə qastrit var. Yesentukiyə getdim, hava dəyişikliyi yaxşı gəlmədi. Neçə gündür narahatçılıq verir. Müayinəyə gəldim, həkim müalicə yazıb. Hər şeyə diqqət etməliyəm. Hazırda evə buraxılmışam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31