Niyam Salami: “Müğənni mahnıları ilə öyünməlidir” VIDEO
Niyam Salami: “...qalmaqala əl atacaq”
10 Noyabr 2015 15:03 MədəniyyətMüğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. "Olaylar" az-a açıqlama verən ifaçı bildirib ki, musiqisi Ruhinə, sözləri Ülviyyə Alovluya məxsus "Gəl gəl" adlı mahnını dinləyicilərin ixtiyarına verib: "Bu mahnı mənim repertuarımda yeni tərzdir. Bu günə qədər bir çox mahnılar ifa etmişəm. Amma bu üslubda mahnım yox idi. Düşünürəm ki, bu mahnı seviləcək. Artıq bu gündən "Youtube" kanalına yerləşdiriləcək və radio-dalğalarda da səslənməsi nəzərdə tutulub. Düşünürəm ki, bir müğənninin səsi, sənəti varsa, qalmaqala ehtiyacı da yoxdur. Əgər hazırkı dövrdə səsin yoxdursa, digər vasitələrə əl atacaqsan. Müğənni mahnıları ilə öyünməli və sevilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31