Ayan Babakişiyeva elit məkanların birində konsert proqramı ilə çıxış edib
2 Noyabr 2015 16:22 Mədəniyyətİsraildə yenicə səfərdən qayıdan müğənni Ayan Babakişiyeva elit məkanların birində konsert proqramı ilə çıxış edib.
"Olaylar"az xəbər verir ki, maraqlı keçən konsert proqramına həm azərbaycanlılar, həm yəhudilər təşrif buyurub. Bu barədə Ayan özü danışıb:
"Heç gözləmirdim konsert bu qədər maraqlı keçsin. Həm dağ yəhudiləri, həm azərbaycanlılar, həm İsraildə yaşayan azərbaycanlılar gəlmişdi. Hətta millət vəkilləri də ailələri ilə iştirak edirdi. Konsertlə bağlı təəssüratlarım gözəldir. Əsas odur ki, ailəm doğmalarım yanımda idi. Qızım, anam və xalamla Bakıya qayıtdıq. Səfər zamanı həm istirahət etdik, həm də maraqlı proqramlar oldu. İsrailin yerli telekanallarına və saytlara müsahibə verdim və hamısı yayımlandı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31