Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb

2026-cı il yanvarın 1-nə respublika üzrə uçotda 1 674 984 vergi ödəyicisi olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz artıb.

Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faiz artıb.

Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.

2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31