Avans məbləği azalıb - Maliyyə naziri
7 İyun 13:23 MaliyyəAzərbaycanda 2022-ci ilin sonuna avans məbləği 1,1 milyard manat təşkil edirdisə, 2023-cü ilin sonuna 900 milyon manat olub. Olaylar xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib:
"Azalma əsasən güc strukturlarının payına düşüb. Bu tendensiyanın davam edəcəyini, digər dövlət qurumlarının payının tədricən azalacağını gözləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31