Dövlət büdcəsində profisit yaranıb
15 Dekabr 2023 14:58 MaliyyəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanın dövlət büdcəsində yenidən profisit (vəsait artıqlığı - red.) yaranıb.
Olaylar.az xəbər verir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2023-cü ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 29,642 milyard milyon manat, xərcləri 29,155 milyard manat təşkil edib. On bir aydan sonra büdcədə 487 milyon manat xərclənməmiş vəsait qalıb.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində 2,74 milyard manat kəsir proqnozlaşdırılıb. İlk 11 ayın nəticəsi göstərir ki, bu il dövlət büdcəsində kəsir olmayacaq, ya da kəsirin məbləği az olacaq. Bu il büdcədə balansın müsbət olmasının səbəbi vergilər üzrə gəlirlərin artması, həmçinin xərclərin optimallaşdırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31