Dövlət büdcəsi yeni çağırışlar nəzərə alınaraq tərtib edilib - NAZİR
13 Noyabr 2023 12:03 Maliyyə"2024-cü ilin dövlət büdcəsi yeni inkişaf mərhələsi və qarşıda duran çağırışlar nəzərə alınaraq tərtib edilib". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib:"Gələn ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsini təmin edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31