Mərkəzi Bank ölkədə ÜDM-in 2025-ci ilə doğru artacağını proqnozlaşdırıb
1 Noyabr 2023 16:16 MaliyyəAzərbaycan Mərkəzi Bankı (AMB) ölkənin ümumdaxili məhsulunda (ÜDM) 2025-ci ilə doğru 4 faiz səviyyəsində artım olacağını proqnozlaşdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"2023-cü ildə ÜDM-də 1,5%, 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 4% səviyyəsidə artım proqnozlaşdırılır. 2023-cü ilin yekunlarına görə qeyri-neft sektorunda ÜDM 3%, 2024-cü ildə 6%, 2025-ci ildə isə 5,5% səviyyəsində proqnozlaşdırılır", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31