Ölkədə xəstəxanaların xərcləri artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 231,5 milyon manatı və yaxud 0,6 %-i xəstəxanalarla bağlı xərclərin payına düşəcək.

Olaylar.az bildirir ki, bu barədə Maliyyə Nazirliyi xəbər verir. Məlumata görə, bu, ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 35,1 % çoxdur.

Xəstəxanalara xərcləmələr səhiyyə xərclərinin 12,4 %-ni təşkil edəcək. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31