Azərbaycan xarici yardımları 30 % azaldır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 80 milyon manatı və yaxud 0,2 %-i xarici yardımların payına düşəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,5 % azdır.Xarici yardımlarla bağlı xərcləri ümumi dövlət xidməti xərclərinin 1,7 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31