Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib
13 May 2023 09:55 MaliyyəMayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində səmərəli əməkdaşlıqdan məmnunluqla söhbət açılıb.
Eyni zamanda gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirilməsinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə zəmin yaratdığı bildirilib.
Sonra Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən inşası nəzərdə tutulan "İpək yolu" - "Abreşumis Qza" gömrük postunun layihəsi ilə bağlı müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31