“MJ Financial Services BOKT” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

18 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MJ Financial Services BOKT" QSC-nin ümumi dəyəri 750,000 (yeddi yüz əlli min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı" (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi - İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001023160

Faizli təmin edilməmiş sənədsiz adlı

750

(ədəd)

1,000 manat

13,5 %

18 ay

Hər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Tel: (99412) 4989820; email: [email protected] ; http://www.bfb.az;

Address: 2A Hasan bay Zardabi, Baku, Azerbaijan, AZ 1141

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31