Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

 

27 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 mln. manat həcmində, tədavül müddəti 1092 gün (effektiv  gün 1001)  olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 96.3273 manat (6.8429%) və 99.2378 manat (5.7396%) olan 30 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671%), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,384,400manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.

Hərrac iştirakçıları 28 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31