Nazirlik yeni dövlət istiqrazları yerləşdirib

 31 avqust 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106027888 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

31 avqust 2021-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0106027888 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, AZ0106027888 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 71,3 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 15,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 103,2462 (gəlirlilik 5,3150%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 27 avqust 2024-cü ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31