Kriminal
"Qızıl Məryəm"in qızı: "Anamı sevgilim öldürüb..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində Bakıda "Qızıl Məryəm" kimi tanınan Məryəm Nemətzadənin qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Rusiyada axtarışda olan Bakıda saxlandı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Rusiya vətəndaşı Taleh Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Rusiya vətəndaşı Taleh Qurbanov saxlanılıb.
Akif Çovdarovun işi üzrə zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində iki nəfər şikayətini geri götürüb - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Əsgərin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu
Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun müəmmalı ölümündə təqsirləndirilən 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.
Maşın qaçıran keçmiş məhkum saxlanıb
Paytaxtda maşın oğurluğu hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Ayaz Babayevə məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Firuz Nəzərəliyev saxlanb. Ətrafında aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Oğurluğun üstü 15 gündən sonra açıldı
Səbail rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Mehman Şahbazovun mənzilindən 4200 manat və 50 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Bağırov tutulub. Araşdırma aparılır.
Həmyerlisini güllələyən tutulub
Oktyabrın 17-də Gəncə şəhər sakini Mətləb Həsənzadə odlu silahdan aşılan atəş nəticəsndə yaralanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən M.Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirdiyinə görə tutulmuş şəhər sakini Röyal İsmayılovun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Keçmiş məhkumlardan həşiş götürülüb
Astara sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadədən və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniyadan 36 qram həşiş və 22,4 qram marixuana götürülüb. Ə.İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülüb.
Azyaşlının qızıl sırğasını aparan ələ keçib
Oktyabrın 7-də Gəncə şəhərinin 4-cü mikrorayon ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə şəhər sakini, azyaşlı Gülay Tahirlinin qızıl sırğasını almışdır. DİN-dən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar tutulub. S.Quluzadədən 4,45 qram tiryək götürülüb.
Prokuror Yusibov qardaşlarına üst-üstə 40 il cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibov qardaşlarının cinayət işi növbəti məhkəmə prosesi keçirilib.
Prokuror qohumunu öldürən iki qardaşa 40 il cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycana psixotrop maddə keçirmək istədilər
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
MTN-in sabiq idarə rəislərinin cəzası artırıldı
"MTN işi" ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti uzadılıb.
DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub.
Rusiyada həbs edilərək Azərbaycana verilən şəxslə bağlı hökm qüvvədə saxlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatıb.














