SEPAH-la əməkdaşlıq edənlərin məhkəməsi başladı
28 Avqust 2012 14:55 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İran İslam İnqilabı Keşikçiləri Korpusu" - SEPAH-la əməkdaşlıq etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, qapalı keçirilən prosesə kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılmayıb. APA-nın əldə etdiyi məlumata görə, prosesdə müdafiə tərəfi bir neçə vəsatət verib. Həmin vəsatətlərin müzakirəsi ilə əlaqədar olaraq prosesin hazırlıq iclası sabah davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31