Bakıda sərnişin marşrut avtobusundan yıxıldı
3 Noyabr 2014 16:24 KriminalBakıda sərnişin avtobusunda daha bir qəza baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, cari il oktyabr ayının 29-da Yasamal rayonunun H.Cavid prospektində dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsünün qəflətən əyləci basması nəticəsində sərnişin - Bakı şəhər sakini Vaqif Əbdülqasımov yıxılmış və o, xəstəxanaya yerləşədirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31