Samux sakini Şəmkirdə 30 metrlik quyuya düşüb öldü

Şəmkirdə bədbəxt hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 1-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində Samux rayon sakini Zirəddin İsmayılov dərinliyi 30 metr olan su quyusunu təmizləyərkən ehtiyatsızlığı nəticəsində yıxılaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31