Abşeronda güllələnmə, naməlum şəxs qətlə yetirildi

Abşeron rayonunda dəhşətli qətl hasdisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib. Həmin şəxs  idarə etdiyi "VAZ-2121" markalı avtomobildə vurduğu şəxsi Kliniki Tibbi Mərkəzə aparıb. Həmin şəxs ölüb.
F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Etro" markalı ov tüfəngini təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31