Sumqayıtda intihara cəhd
31 Oktyabr 2014 16:07 KriminalSumqayıtda intihara cəhdin qarşısı alınıb. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31