Şamaxı və Ağsu sərhəddində güclü yanğın

110 hektar sahə yanıb

Şamaxı və Ağsu rayonlarının sərhəddində güclü yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Ağsu istiqamətində çətin keçilən dağlıq ərazidə baş verib. Hadisə nəticəsində Şamaxı rayonu, Kərkənc kəndində 50 hektar otlaq sahəsi və Ağsu rayonu istiqamətində çətin keçilən dağlıq ərazidə 60 hektar sahədə quru ot və kol-kos yanıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Yaxınlıqdakı otlaq sahələri və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31