Elektroşok ilk dəfə tətbiq edildi

Amma polis yox, cinayətkar tərəfindən

Bakıda qeyri-adi quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 30-da, saat 16:10 radələrində Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31