Həyat yoldaşına telefon ötürmək istədi
31 Oktyabr 2014 12:47 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum edilmiş məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun gödəkçəsinin sol cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31