"Riyad" ticarət mərkəzində dəhşətli faciə

Ata və oğulu tok yandırıb öldürdü

Azərbaycanda tanınmış ticarət mərkəzində dəhşətli faciə baş verib. "OLAYLAR"ın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində baş verib. Rayon ərazisində fəaliyyət göstərən "Riyad" Ticarət Mərkəzində 55 yaşlı ata və 17 yaşlı oğlunu elektrik cərəyanı vurub öldürüb. Hadisə avqustun 27-də həmin şəxslərin ticarət mərkəzində qaynaq işləri apararkən baş verib. 1957-ci il təvəllüdlü Yulət Dadaşov oğlu ilə birlikdə ərazidə işləyərkən elektrik enerjisi xəttində problem yaranıb. Uzun illər qaynaqçı işləyən Y. Dadaşov yaxınlıqdakı transformatora yaxınlaşıb və elektrik enerjisini bərpa etmək istəyib. Bu vaxt Y. Dadaşovun əli transformatorun içərisində yüksək gərginlikli xəttə dəyib və onu tok vurub. Atasının səsinə transformatora yaxınlaşan oglu, 1995-ci il təvəllüdlü Nurlan Dadaşov atasını xilas etmək istəsə də, yüksəkgərginlikli elektrik xətti onu da vurub. Ata və oğul hadisə yerində faciəli halda dünyasını dəyişib. Lakin ərazidə çalışanlar hadisədən gec xəbər tutblar. Bir neçə saatdan sonra ticarət mərkəzinin işçiləri ərazidə ata və oğulun meyidini aşkarlayıb və bu barədə polisə məlumat veriblər. Qeyd edək ki, dünyasını dəyişən ata və oğul Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakinləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31