London olimpiadasının qalibinin medalını oğurladılar
28 Avqust 2012 12:08 KriminalLondon Olimpiadasının bürünc medalçısı Vitaliy Fridzonun evi qarət olunub. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oğrular çempionun evindən qiymətli əşyalarla birlikdə bürünc medalı da aparıb. Hadisə Vitaliy Fridzonun qardaşı evdə olarkən baş verib. İdmançının qardaşı həmin gün dostları ilə birlikdə evdə yeyib içiblər. Ev mühafizə olunsa da, hadisə baş verərkən mənzilin siqnalizasiyası işləməyib və qarət hadisəsindən bir gün sonra xəbər tutulub. Açıq aynabənddən evə daxil olan oğrular mənzildən planşet kompüter, noutbuk, İPad, 4 ədəd bahalı isveç saatı, fotoaparat və digər qiymətli əşyalarla birlikdə çempionun bürünc medalını da oğurlayıb. Medal olimpiada iştirakçılarının ilk bürüncü olduğundan onun tapılması polisə həvalə edilib. Hazırda polis qarətçilərin tapılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinə başlayıb.