Yevlaxda mağazanı qarət edib od vurdular
30 Oktyabr 2014 15:22 KriminalYevlaxda qəribə oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 15-nə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Nəticədə 12 kvm. sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb.
Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsulları oğurlanması və sonradan yandırılması müəyyən edilmiş və onlar tutulublar.
A.Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31