Cəlilabadda elektrik sobası faciəyə səbəb oldu, ev sahibi öldü
30 Oktyabr 2014 15:18 KriminalCəlilabadda elektrik sobası yanğına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 29-da Cəlilabad rayonunun Böyük Bəcirəvan kənd sakini İsrail Hüseynovun evində elektrik qızdırıcısı sintetik materialdan hazırlanmış xalçanın üzərinə aşdığından tüstülənmə baş verib. Tüstüdən zəhərlənmiş İ.Hüseynov və arvadı Gülarə xəstəxanaya yerləşdirilib, Gülarə orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31