Bakıda şirkətə basqın edildi

Polis əməliyyat apardı, oğrular ələ keçdi

Daxili İşlər Nazirliyi Bakıda şirkətə basqın edilməsilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da quldurluq yolu ilə "Röyal" mebel mağazasının gözətçisi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb oranın müdirinin iş otağındakı, içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb getmiş Yevlax rayon sakinləri Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadiğarov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31