Daha bir qaçaqmalçılığın qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "DAF 95 XF-430" markalı, 44 BO 782 / 44 ZA 385 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçirilmiş gömrük baxışı zamanı Azərbaycan Respublikası vətəndaşı Hacıyev Asif Höküməli oğlunun gömrük orqanına təqdim etdiyi sənədlərdə göstərilən yüklərdən başqa avtomobildən yük müşayiət sənədlərində göstərilməyən və Hacıyev Asif Höküməli oğlu tərəfindən bəyan olunmayan külli miqdarda müxtəlif adda ətriyyatlar, çay məmulatları, qəhvələr, veterenar məhsullar, 200 kiloqram bal, arıçılıqda istifadə olunan məmulatlar, 172 ədəd yanğın təhlükəsizlik cihazları aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31