Bakının sağalmayan yarası: 2 ölü, 7 yaralı
29 Oktyabr 2014 18:19 KriminalBakı şəhəri, Qaradağ rayonunda "Honda" markalı minik avtomobili yolayrıcındakı maneəyə çırpılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31