Qazaxda evdə dəhşətli yanğın, ev sahibi yanıb öldü

Qazaxda evdə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin sayına istinadən yaydığı məlumata görə, oktyabrın 24-də Qazax şəhəri S.Vurğun küçəsində yaşayan Bilal Əşrəfova məxsus evdə yanğın baş verib. Nəticədə 85 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış B.Əşrəfov xəstəxanaya yerləşdirilmiş və oktyabrın 28-də orada ölüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31