Qubada evini, Xaçmazda isə kafeni fahişəxanaya çevirənlər yaxalandı

Qubada və Xaçmazda fahişəxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Amsar kənd sakini Tural Sultanovun gəlir əldə etmək məqsədi ilə evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Çarxı kənd sakini Fikrət Hüseynovun gəlir əldə etmək məqsədi ilə Xaçmaz şəhərində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31